Əli Əliyev barəsində yeni cinayət işi üzrə məhkəmə başlayır

Əli Əliyev

© APA | Əli Əliyev

# 14 oktyabr 2022 14:45 (UTC +04:00)

Bakı İstintaq Təcridxanasında kamera yoldaşını döyməkdə ittiham olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

İttihama görə, Əli Əliyev onunla eyni kamerada saxlanılan başqa bir dustağı döyərək ona xəsarət yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyətilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra R. Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə. Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə sonrakı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.

VİP sədri sonuncu dəfə isə YAP-ın Binəqədə Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti əsasında məhkəməyə verilib.

VİP sədri Cinayət Məcəlləsinin148 (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum edilib. Onun əvvəlki cəzaları birləşdirilib yekun olaraq 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR