Koxlear implantasiya əməliyyatlarına dair xüsusi məktəb yaradılıb

Koxlear implantasiya əməliyyatlarına dair xüsusi məktəb yaradılıb
# 10 aprel 2017 10:02 (UTC +04:00)

Səhiyyə Nazirliyi “Koxlear implantasiya əməliyyatlarının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Komissiya”ya müraciət edən ailələrin, əməliyyat və ondan sonrakı dövrdə reabilitasiya məsələləri ilə bağlı məlumatlandırılması üçün xüsusi məktəb təşkil edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məktəb 10 aprel ATU-nun Tədris-Cərrahiyyə Klinikasında ilk dərslərinə başlayacaq.

 

Məktəbdə komissiyaya müraciət edən ailələrə uşaqların ağır eşitmə problemləri, onun həlli yolları, koxlear implantasiya əməliyyatı və bu əməliyyatdan sonrakı dövrdə reabilitasiya məsələləri ilə əlaqəli mühazirələr oxunacaq, praktik təlimlər keçiriləcəyi barədə məlumat veriləcək. Hazırda məktəbin təşkili üçün ATU-nun Tədris-Cərrahiyyə Klinikasında bütün lazımi şərait və mütəxəssislərdən ibarət qrup yaradılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR