FHN: Batma təhlükəsi ilə üzləşən dörd nəfər xilas olunub

FHN: Batma təhlükəsi ilə üzləşən dörd nəfər xilas olunub
# 12 avqust 2023 22:27 (UTC +04:00)

Batma təhlükəsi ilə üzləşən dörd nəfər xilas edilib.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan”, “Qızılqum” və “Sabirabad” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1-i uşaq olmaqla 4 nəfər xilas olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR