FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində “Ən yaxşı manqa” baxış-müsabiqəsi keçirilib

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətində “Ən yaxşı manqa” baxış-müsabiqəsi keçirilib
# 27 sentyabr 2019 17:29 (UTC +04:00)

Sentyabrın 27-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində FHN işçiləri Həmkarlar İttifaqının dəstəyi ilə “Ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, yanğından mühafizə qurumlarının əməliyyat-xidməti fəaliyyətində, o cümlədən yanğınların söndürülməsinin təşkili və taktikası üzrə düzgün qərarların qəbul olunmasında manqaların peşə hazırlığının yüksəldilməsi, əməkdaşların taktiki hazırlığının, onların xüsusi biliklərinin, metodiki vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən müsabiqədə Bakı və Sumqayıt şəhərlərinin yanğın qarnizonları üzrə dislokasiya olunmuş Dövlət Yanğından Mühafizə qurumlarının 39 komandasından 263 yanğınsöndürən iştirak edib. Müsabiqədə, həmçinin əməkdaşların döyüş hazırlığının tərkib hissəsi olan yanğın-xilasetmə hazırlığının inkişafı, eləcə də ekstremal şəraitdə şəxsi heyətin öz xidməti vəzifələrini yerinə yetirərkən onlara peşə vərdişlərinin aşılanması və dözümlüyünün artırılması, şəxsi heyətin taktiki hazırlığının səviyyəsinin yüksəldilməsinə xüsusi diqqət yetirilib.

“Ən yaxşı manqa” adı uğrunda keçən baxış-müsabiqədə birinci yerə Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsi, ikinci yerə Səbail rayon Dövlət Yanğından Mühafizə Hissəsi, üçüncü yerə isə Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsi çıxıb.

“Ən yaxşı manqa” adı uğrunda keçən baxış-müsabiqənin qalibləri FHN işçiləri Həmkarlar İttifaqı və Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR