FHN məktəblilər üçün “açıq qapı” günü keçirib - FOTO

FHN məktəblilər üçün “açıq qapı” günü keçirib - FOTO
# 16 mart 2024 14:33 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı və Xüsusi Riskli Xilasetmə Xidmətinin iştirakı ilə Suraxanı rayon Yanğından Mühafizə Hissəsində məktəblilər üçün “açıq qapı” günü keçirilib.

FHN-dən APA-ya verilən xəbərə görə, tədbirin keçirilməsində məqsəd məktəblilərin hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürən və xilasedicilərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

Tədbirdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində fəaliyyət göstərən 270 nömrəli tam orta məktəbin şagird və müəllimləri iştirak ediblər.

Tədbir iştirakçılarına yanğınsöndürən və xilasedicilərin günlük rejimi, Hissənin fəaliyyəti, habelə yanğınlarla bağlı zəruri davranış qaydaları haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə və əməkdaşların günlük məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.

Məktəblilərdə böyük təəssürat yaradan tədbir zamanı onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR