FHN: Ötən sutka 46 yanğına çıxış olub, 6 nəfər xilas edilib

FHN: Ötən sutka 46 yanğına çıxış olub, 6 nəfər xilas edilib
# 31 yanvar 2022 10:41 (UTC +04:00)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 46 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 6 nəfər xilas olunub, yanğın zamanı 5 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin, Cəlilabad şəhərində "ВАЗ" markalı minik avtomobilinin körpüdən aşaraq su kanalına düşməsi nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış 1987-ci il təvəllüdlü Fətəliyev Emin Asəf oğlunun, Bakı şəhərinin Səbail rayonunda 1958-ci il təvəllüdlü Xoxonov Vladimir Nikolayeviçin və Sumqayıt şəhərində 1962-ci il təvəllüdlü Hüseynova Həqiqət Sərdar qızının meyitləri bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR