Füzulidə yük maşınının sürücüsü narkotikə görə həbs olunub

Füzulidə yük maşınının sürücüsü narkotikə görə həbs olunub
# 23 iyun 2023 16:46 (UTC +04:00)

Füzulidə avtomobili narkotikin təsiri altında idarə edən sürücü müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbir nəticəsində rayon sakini Şahin Fətullayev idarə etdiyi "KamAZ" markalı avtomobillə yol hərəkəti qaydasını pozduğuna görə saxlanılıb. O, narkotikin təsiri altında avtomobili idarə etməkdə şübhəli olduğundan müvafiq ekspertizadan keçirilib. Ekspertizanın nəticəsinə əsasən onun marixuana qəbul edərək sükan arxasına əyləşdiyi məlum olub. Ş.Fətullayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. O, məhkəmənin qərarına əsasən inzibati qaydada 8 gün müddətinə həbs edilib, eləcə də 400 manat miqdarında inzibati tənbeh tədbirinə də cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR