Gədəbəydə bir gündə yeddi nəfər dəm qazından zəhərlənib - ADLAR - YENİLƏNİB

Gədəbəydə bir gündə yeddi nəfər dəm qazından zəhərlənib - ADLAR  - YENİLƏNİB
# 11 mart 2024 08:54 (UTC +04:00)

Gədəbəydə dəm qazından zəhərlənən şəxlərin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, onlar rayonun Qaradağ kənd sakinləri, 2018-ci il təvəllüdlü E.Məmmədli, 2016-cı il təvəllüdlü S.Məmmədli, 1995-ci il təvəllüdlü S.Məmmədli və 1994-cü il təvəllüdlü Z.Qasımlıdır.

Digər zəhərlənən şəxs Gədəbəy şəhərinin Səməd Vurğun küçəsində yaşayan 1955-ci il təvəllüdlü M.Hüseynovdur.

Rayonun Gərgər kəndində qeydə alınan daha iki faktda isə 2010-cu il təvəllüdlü S.Tağıyev və G.Şəmiyeva dəm qazından zəhərləniblər.

Zəhərlənən şəxslərin vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 08:39

Gədəbəydə dəm qazından zəhərlənmə faktları olub.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Qardağ kəndində bir aildən dörd nəfər dəm qazından zəhərlənib.

Digər bir fakt şəhərin Səməd Vurğun küçəsində, daha ikisi isə rayonun Gərgər kəndində qeydə alınıb.

Zəhərlənən şəxslər xəstəxanaya yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR