Gəncə sakini Qaxda özünü bıçaqlayıb

Gəncə sakini Qaxda özünü bıçaqlayıb
# 17 iyun 2019 08:42 (UTC +04:00)

Bu gün səhər saat 07:00 radələrində Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Elgiz Ələddin oğlu Mahmudov qarın boşluğunun sağ nahiyəsində kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax rayonu Əmircan kəndində baş verib.

Əmircan kəndində yaşayan qayınatasıgilə qonaq gələn E.Mahmudov ailə münaqişəsi

zənmində bıçaqla özünə xəsarət yetirib. E.Mahmudovun müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR