Gəncə sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Gəncə sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb
# 29 sentyabr 2021 22:54 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb.

1978-ci il təvəllüdlü Əliyev Asif Abbas oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, A.Əliyev tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR