Gəncədə keçmiş məhkumdan 25 kq narkotik götürülüb

Gəncədə keçmiş məhkumdan 25 kq narkotik götürülüb
# 13 yanvar 2022 14:38 (UTC +04:00)

Gəncədə küllü miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsmayılov saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, şəxsi axtarış zamanı onda marixuana aşkar edilib. Davam etdirilən tədbirlər nəticəsində ona narkotik vasitəni satmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş E.Namazov da saxlanılıb. Şəxsi axtarış zamanı ondan 85 qramdan artıq marixuana, yaşadığı evdən isə 24 kiloqram 930 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR