Gəncədə maşın 40 yaşlı qadını vuraraq öldürüb

Gəncədə maşın 40 yaşlı qadını vuraraq öldürüb
# 29 avqust 2023 16:01 (UTC +04:00)

Gəncədə piyadanı maşın vurub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə günorta saatlarında şəhərin Atatürk prospektində qeydə alınıb. Hərəkətdə olan minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1983-cü il təvəllüdlü Firuzə Babayevanı vurub. Ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilən qadın orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR