Gəncədə minik maşını piyadanı vurub

Gəncədə minik maşını piyadanı vurub
# 08 avqust 2023 21:02 (UTC +04:00)

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev pospektində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub.

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR