Gəncədə oğurlandığı ehtimal edilən 29 yaşlı qadın tapılıb

Gəncədə oğurlandığı ehtimal edilən 29 yaşlı qadın tapılıb
# 28 sentyabr 2019 13:43 (UTC +04:00)

Gəncədə itkin düşən 29 yaşlı qadın tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsinin və Kəpəz rayon Polis İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 1990-cu il təvəllüdlü Vüsalə Hüseynovanın yeri Bakı şəhərində müəyyən edilib və o, tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, bir neçə gün əvvəl yaxınları APA-ya açıqlamalarında qadının oğurlandığını bildirmişdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR