Göyçay sakininin evində yarım kiloqram narkotik aşkarlanıb

Göyçay sakininin evində yarım kiloqram narkotik aşkarlanıb
# 28 iyun 2019 11:36 (UTC +04:00)

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Birinci Ərəbcəbirli kənd sakini, əvvəllər məhkum olunmuş 49 yaşlı Polad Qəribov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman 480 qram narkotik vasitə olan marixuana və 2 ədəd şprisdə heroin aşkarlanaraq, götürülüb.

Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR