Göyçayda iki "VAZ" toqquşub, 4 nəfər xəsarət alıb

Göyçayda iki "VAZ" toqquşub, 4 nəfər xəsarət alıb
# 26 avqust 2022 15:30 (UTC +04:00)

Göyçay rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün rayonun Ləkçiplaq kəndində hərəkət edən "VAZ 21011" və "VAZ 2107" markalı minik avtomobillərinin toqquşması nəticəsində Qaraxıdır kənd sakinləri, 1973-cü il təvəllüdlü Abdullayeva Mədinə Kamil qızı, 2000-ci il təvəllüdlü Salmanova Nəzrin Niman qızı, 1996-cı il təvəllüdlü Abdullayev Şahlar Şahmar oğlu, Ləkçiplaq kənd sakini, 1955-ci il təvəllüdlü Qasımov Elbrus oğlu xəsarət alıb.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR