Göyçayda pirotexniki vasitələr satan şəxslər barəsində tədbir görülüb

Göyçayda pirotexniki vasitələr satan şəxslər barəsində tədbir görülüb
# 28 dekabr 2023 20:07 (UTC +04:00)

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması
istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Çərəkə və Kürd
kəndlərində yerləşən mağazalarda gizli şəkildə pirotexniki vasitələr satan şəxslər müəyyən olunub. Polis əməkdaşları tərəfindən həmin mağazalardan
pirotexniki vasitələr aşkarlanaraq götürülüb və şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması
üçün rayon məhkəməsinə göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR