Göyçayda yanğına qarşı maarifləndirmə tədbiri keçirilib

FHN

© APA | FHN

# 21 yanvar 2022 15:34 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Göyçay rayonunda yerləşən Ailə Sağlamlıq Mərkəzində yanğına qarşı maarifləndirmə tədbiri keçirib.

FHN-dən APA-ya verilən məlumata görə, tədbirdə səhiyyə müəssələrində yanğın təhlükəsizliyi normaları barədə söhbət aparılıb, yanğın zamanı zəruri davranış qaydaları izah olunub.

Tədbirdə, həmçinin, mərkəzin ərazisinin daim təmiz vəziyyətdə saxlanılmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı təxliyə planının müvafiq yerlərdən asılmasının vacibliyi diqqətə çatdırılıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

Aysel Şahmar

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR