Gürcüstanda azərbaycanlı kişi güllələnərək qətlə yetirilib - FOTO

Gürcüstanda azərbaycanlı kişi güllələnərək qətlə yetirilib - FOTO
# 12 oktyabr 2023 21:58 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsində orta yaşlı azərbaycanlı kişi güllələnib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, insident yerli vaxtla saat 20:30-da şəhərin Nizami Gəncəvi küçəsində baş verib.

Güllələnən şəxsin Marneuli sakini Rasim Gərəhməzli olduğu bildirilib.

O, aldığı güllə yarasından yerindəcə keçinib.

Əraziyə polis cəlb olunub, faktla bağlı istintaq başladılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR