Hacıqabulda traktor dərəyə aşıb, ölən var - YENİLƏNİB

Hacıqabulda traktor dərəyə aşıb, ölən var - YENİLƏNİB
# 20 dekabr 2023 16:03 (UTC +04:00)

Hacıqabulda traktorun aşması nəticəsində 37 yaşlı kişi ölüb.

APA-nın yerli bürosu xəbər verir ki, ölən şəxs traktorun sürücüsü, Hacıqabul rayonunun Qarasu kənd sakini, 1986-cı il təvəllüdlü Hüseynov Gəray Tahir oğludur.

Hadisə nəticəsində traktorda olan sərnişin, Qarasu kənd sakini, 2005-ci il təvəllüdlü Hüseynov Röyal İftixar oğlununun xəsarət aldığı, Şirvan xəstəxanasına yerləşdirildiyi bildirilir.

***

15.36

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Hacıqabul rayonunun Birinci Udullu kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “БЕЛАРУС” markalı traktor idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb, 1 nəfər traktorda sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR