Masallıda fərdi ev yanıb

Masallıda fərdi ev yanıb
# 26 yanvar 2016 01:31 (UTC +04:00)

Bakı-APA. Masallıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Masallı rayonu, Qızılağac kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 40 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR