® “Nar-CityNet" müştəri xidmətlərini "WhatsApp" üzərindən təqdim edir

<font color=red>® </font> “Nar-CityNet" müştəri xidmətlərini "WhatsApp" üzərindən təqdim edir
# 05 avqust 2016 10:31 (UTC +04:00)

“Nar-CityNet” müştərilərin rahatlığını nəzərə alaraq, “WhatsApp” müştəri xidmətini istifadəyə verdi. Artıq “Nar-CityNet” abunəçiləri öz sual və təkliflərini “WhatsApp” vasitəsi ilə yaza bilərlər.

 

“Nar-CityNet”-in xidmətləri haqqında, eləcə də qoşulma, texniki dəstək və digər suallarla bağlı məlumat əldə etmək üçün “WhatsApp” üzərindən  (077) 537 77 77 nömrəsinə yazmaq kifayətdir. Bununla yanaşı, “Nar-CityNet” Çağrı Mərkəzi də müştərilərə xidmət etməyə davam edəcək. Bunun üçün *1177 və (012) 537 7777 nömrələri ilə əlaqə saxlamaq olar.

 

“Nar-CityNet” Bakı və Abşeron yarımadası ərazisində FTTB (Fiber to the Building – Bina üçün fiber-optik) və ADSL (Asymmetric Digital Subscriber Line - Asimmetrik rəqəmsal abunəçi xətti) texnologiyaları əsasında yüksəksürətli sabit internet, eləcə də rəqəmsal TV (50 HD kanal daxil olmaqla) xidmətlərini təklif edir.

 

“Nar-CityNet” haqqında daha ətraflı məlumatı www.narcitynet.az saytından almaq mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR