İdarə rəisi: "Ermənilərin hədəfi yenə də mülki şəxslərdir"

Nemət Əvəzov

© APA | Nemət Əvəzov

# 17 oktyabr 2022 15:38 (UTC +04:00)

Bu günə qədər Baş Prokurorluğun İstintaq idarəsinə daxil olan məlumata görə, işğaldan azad olunan ərazilərimizdə həm işğaldan öncəki, həm də sonrakı dövrdə minalar basdırılıb.

APA xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov xarici diplomatların iştirakı ilə Gəncə terroru qurbanlarının anım tədbirində bildirib.

O qeyd edib ki, hətta 10 noyabr 2020-ci il bəyanatından sonra da minaların Azərbaycan Respublikası ərazilərində basdırılması halları ilə rastlaşmışıq: “Ümumilikdə 26 mindən çox piyada, 12 mindən çox tank əleyhinə mina, 34 mindən çox partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bir faktı xüsusi olaraq vurğulamaq istəyirəm. 14 iyul 2022-ci il tarixdə Xocavəndin Tağaverd kəndi ərazisində quruculuq işləri aparan şirkətin bir əməkdaşı tank əleyhinə minaya düşərək xəsarət alıb. Əraziyə baxış keçirərkən, partlamamış digər bir mina da aşkarlanıb və aparılan araşdırma zamanı məlum olub ki, mina həmin əraziyə qısa müddət əvvəl basdırılıb. Bu onu göstərir ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi Azərbaycan ərazilərində minabasdırma əməliyyatlarını davam etdirir. Həmin ərazilərdə mülki şəxslər hərəkət edir. Deməli, ermənilərin hədəfi yenə də mülki şəxslərdir. Həmin minanın üzərində heç bir korroziya izi yox idi. 250-dən çox insan minalardan zərər çəkib. Həmçinin 34 mülki şəxs qəsdən öldürülüb. Xüsusən Kəlbəcər və Laçında üçtərəfli bəyanatdan sonra basdırılmış çoxsaylı minalar Silahlı Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR