İnsan alverində təqsirləndirilən qadına şərti cəza verilib

İnsan alverində təqsirləndirilən qadına şərti cəza verilib
# 07 iyun 2019 16:40 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Günay Axundovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, G. Axundova 7 il 3 ay 18 gün azadlıqdan məhrum olunub. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti cəza) maddəsi tədbiq edilib və cəzası sınaq müddəti seçilməklə şərti hesab olunub.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü Günay Axundova Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bildirilib ki, Günay Axundova Azərbaycan vətəndaşı olan bir neçə qadını Türkiyəyə aparıb, orada cinsi istismara məruz qoyub.

Günay Axundovanın əməllərindən zərərçəkmiş qadınlar baş idarəyə şikayət edib.

Şikayət əsasında araşdırma aparılıb və Günay Axundovanın insan alveri törətməsi faktı müəyyən edilib. Onun barəsində bu ilin əvvəlində axtarış elan edilib.

İstintaq orqanı tərəfindən Günay Axundovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) və 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR