İran vətəndaşı Naxçıvanda təcridxanaya narkotik keçirilməyə cəhd edib

İran vətəndaşı Naxçıvanda təcridxanaya narkotik keçirilməyə cəhd edib
# 30 dekabr 2023 11:28 (UTC +04:00)

Naxçıvanda istintaq təcridxanasına narkotik və psixotrop maddə keçirilməsinə cəhd olunub.

Naxçıvan Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın yerli bürosu verilən məlumata görə, Penitensiar Xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 206.2 maddəsi ilə təqsirli bilinərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq təcridxanasında saxlanılan həbs edilmiş şəxsə - İran İslam Respublikası vətəndaşı Yousefi Asadollah Hokmalı oğluna tanıdığı həmyerlisi İran İslam Respublikası vətəndaşı Abedını Reza Hassan oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman həbs edilmiş şəxsə verilməsi üçün gətirilmiş şalvarda gizlədilmiş kağız bükülüdə təmiz çəkisi 0,03 qram narkotik vasitə - “metadon” aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR