İsmayıllı-Muğanlı yolunda avtobus qəzaya uğrayıb - FOTO - YENİLƏNİB

İsmayıllı-Muğanlı yolunda avtobus qəzaya uğrayıb - FOTO  - YENİLƏNİB
# 08 avqust 2023 14:17 (UTC +04:00)

Bu gün saat 12 radələrində Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunda hərəkətdə olan avtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində avtonəqliyyat vasitəsi yolun kənarındakı torpaq əraziyə daxil olub.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd edilib ki, hadisə nəticəsində 1 qadın və 1 azyaşlı yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***

12:50

İsmayıllı-Muğanlı yolunda avtobus qəzaya uğrayıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, Muğanlı dolaylarında avtobus yolun normal olmaması səbəbindən qəzaya uğrayıb.

Avtobus yoldan çıxıb və qəza baş verib. İlkin məlumatlara əsasən, hadisə nəticəsində iki nəfər bədən xəsarəti alıb, bir nəfərin isə halı pisləşib.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılan şəxslərin vəziyyəti kafidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR