Keçmiş məhkumdan silah və narkotik götürülüb

Keçmiş məhkumdan silah və narkotik götürülüb
# 28 yanvar 2022 11:51 (UTC +04:00)

Sumqayıt sakinindən narkotik və silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş O.Xudaverdiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 3 kiloqram 55 qram marixuana, 46 qramdan artıq tiryək, 2 ədəd metodon həbi, həmçinin qanunsuz saxladığı 1 ədəd ov tüfəngi və qundağı, lüləsi kəsilmiş daha bir tüfəng, 2 ədəd bıçaq və 1 ədəd qaz balonu götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR