Kürdə batan şəxsin meyiti tapılıb

Kürdə batan şəxsin meyiti tapılıb
# 28 avqust 2023 07:24 (UTC +04:00)

Zərdabda avqustun 25 -də Kür çayında batan 2009-cu il təvəllüdlü Əsma Pərviz qızı Müzəffərliin meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, onun meyiti ötən gün axşam saatlarında FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, 14 yaşlı Əsma Müzəffərli bir neçə gün öncə Bakıdan Zərdaba nənəsi gilə qonaq gəlmişdi.O, Kür çayının kənarında əylənmək istəyərkən ehtiyyatsızlıq edib və suya düşərək boğulub. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR