Qusar və Xaçmazın qaz təchizatı məhdudlaşdırılır

Qusar və Xaçmazın qaz təchizatı məhdudlaşdırılır
# 25 fevral 2016 14:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Siyəzən magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, fevralın 26-da saat 10:00-dan 12:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Qusar”, saat 14:00-dan 16:00-dək isə “Xaçmaz” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işləri aparılan müddətdə Qusar rayonunun və Xaçmaz şəhərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR