Lənkəranda 15 yaşlı oğlan xəstəxanada anafilaktik şokdan ölüb - YENİLƏNİB

Lənkəranda 15 yaşlı oğlan xəstəxanada anafilaktik şokdan ölüb - YENİLƏNİB
# 23 dekabr 2023 15:38 (UTC +04:00)

Dekabrın 22-də saat 22:15 radələrində 2008-ci il təvəllüdlü, Lənkəran rayonu Osakücə kənd sakini (cinsi kişi) "Kəskin respirator xəstəlik, hipertermiya, mədə-bağırsaq pozğunluğu" diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəstəyə qızdırma əleyhinə dərmanlar verildikdən sonra anafilaktik şok başlayıb. Xəstə anafilaktik şok diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb.

Meyit məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

APA-nın əldə etdiyi məlumata görə, faktla bağlı Lənkəran Prokurorluğunda araşdırma aparılır.

***

12.24

Lənkəranda yeniyetmə anafilaktik şokdan ölüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəran rayonunun Osakücə kənd sakini, 2008-ci il təvəllüdlü Məhəmməd Zahid oğlu Nəcəfov gecə saatlarında ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər yeniyetməyə dəqiqləşdirilməmiş anafilaktik şok diaqnozu qoyub və təcili olaraq reanimasiya şöbəsinə yerləşdiriblər. Yeniyetmə bu gün xəstəxanada dünyasını dəyişib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Aləmdə Nəsib

İlkin Rzayev

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR