Lənkəranda 3 il əvvəl olan oğurluğun üstü açılıb 

Lənkəranda 3 il əvvəl olan oğurluğun üstü açılıb 
# 26 yanvar 2022 10:17 (UTC +04:00)

Lənkəranda 3 il əvvəl baş vermiş oğurluq faktının üstü açılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri zəruri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu ilin avqust ayında rayonun Səpnəkəran kəndində yerləşən evlərdən birindən 3750 manat pul və 1100 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Səpnəkəran kənd sakini T.Hüseynov olduğu müəyyən edilib.

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR