Lerikdə 17 yaşlı oğlan çayda boğularaq ölüb - FOTO

Lerikdə 17 yaşlı oğlan çayda boğularaq ölüb - FOTO
# 12 avqust 2023 16:53 (UTC +04:00)

Lerikdə 17 yaşlı oğlan çayda boğularaq ölüb.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Piran kəndi ərazisində qeydə alınıb. Biləsuvar rayonundan Lerikə istirahətə gedən qohumlar istirahət mərkəzlərinin birində dayanıblar. Ailə üzvlərindən biri 2006-cı il təvəllüdlü Allahverdi Mail oğlu Mehdiyev ərazidən keçən çayda çimərkən boğulub. A.Mehdiyev sudan çıxarılaraq təcili tibbi yardım avtomobili ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR