Ermənistan MTX: İndiyədək 5 nəfər girovluqdan azad edilib

Ermənistan MTX: İndiyədək 5 nəfər girovluqdan azad edilib
# 20 iyul 2016 12:36 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən və silahlı qruplaşma tərəfindən nəzarətdə saxlanan binasında keçirilən anti-terror əməliyyatı çərçivəsində 5 nəfər girovluqdan azad edilib.

APA-nın “armenpress.com” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatında deyilir. “Hazırda patrul-mühafizə alayının binasında yerləşən digər girovların azad edilməsi, habelə cari vəziyyətə son qoyulması istiqamətində intensiv danışıqlar aparılır. Ermənistan hüquq-mühafizə orqanlarının xüsusi bölmələri hərbi hazırlıq vəziyyətində qalmağa davam edirlər”, - deyə məlumatda bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR