Keçmiş məhkum oğurluğa görə saxlanılıb

Keçmiş məhkum oğurluğa görə saxlanılıb
# 28 avqust 2019 11:55 (UTC +04:00)

Masallıda evdən 4000 manat dəyərində oğurluq olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Təzəkənd kənd sakini, əvvəllər məhkum olunmuş M.Həmidov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR