Masallıda avtomobil ağaca çırpılıb, sürücü ölüb

Masallıda avtomobil ağaca çırpılıb, sürücü ölüb
# 11 oktyabr 2019 10:28 (UTC +04:00)

Masallıda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, rayonun Təzə Alvadı kəndində 1987-ci il təvəllüdlü Elmar Səfərovun idarə etdiyi "Cherry" markalı avtomobil Astara istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca çırpılıb.

Xəstəxanaya yerləşdirilən sürücü aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR