Özbəkistan baş naziri Şövkət Mirzyoyevin prezidentliyə namizədliyi irəli sürülüb

Özbəkistan baş naziri Şövkət Mirzyoyevin prezidentliyə namizədliyi irəli sürülüb
# 19 oktyabr 2016 11:49 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Özbəkistanda prezidentin səlahiyyətlərini müvəqqəti icra edən baş nazir Şövkət Mirzyoyevin prezidentliyə namizədliyi irəli sürülüb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Liberal-Demokratlar Partiyasının qurultayında qərar verilib.

 

Yaxın günlərdə onun namizədliyi rəsmən təsdiqlənmək üçün Mərkəzi Seçki Komissiyasına göndəriləcək.

 

Namizədlərin qeydiyyatı oktyabrın 30-da bitəcək.

 

Seçkilər dekabrın 4-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR