Sumqayıt sakinindən 2 kq-dan çox narkotik götürülüb

Sumqayıt sakinindən 2 kq-dan çox narkotik götürülüb
# 10 sentyabr 2019 11:41 (UTC +04:00)

Samuxda narkotacir tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Samux Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini C.Bəylərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 2,3 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR