Naxçıvanda avtomobil piyadanı vurub

Naxçıvanda avtomobil piyadanı vurub
# 24 yanvar 2024 10:00 (UTC +04:00)

Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin Çənlibel məhəlləsində (14 nömrəli məktəbin qarşısında) qeydə alınıb. Qarlı havada avtomobil yolu keçən məktəbin xadiməçisi Naxçıvan şəhər sakini, 1970-ci il təvəllüdlü Zeynalova Teyfə Cavanşir qızını vurub. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR