Naxçıvanda evlərinin həyətyanı sahələrini və zirzəmiləri su basıb - FOTO - VİDEO

Naxçıvanda evlərinin həyətyanı sahələrini və zirzəmiləri su basıb - FOTO  - VİDEO
# 20 mart 2024 13:25 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində bəzi fərdi yaşayış evlərinin həyətyanı sahələri və zirzəmilərinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb olunub.

Qüvvələr tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR