Nəsimi rayonunda beşmərtəbəli binada yanğın olub

Nəsimi rayonunda beşmərtəbəli binada yanğın olub
# 24 fevral 2024 09:12 (UTC +04:00)

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 41 m² olan 3 otaqlı mənzilin mətbəxində mebel 2 p.m və 1 ədəd soyuducu yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən xəbərə görə, yüksək temperaturdan mətbəxin tavanı və dəhlizin divarları qarsalanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR