Novxanı kəndində açıq ərazidə başlayan yanğın yaşayış evinə keçib

Novxanı kəndində açıq ərazidə başlayan yanğın yaşayış evinə keçib
# 09 mart 2024 08:42 (UTC +04:00)

Abşeron rayonunun Novxanı kəndində açıq ərazidə 10 m² sahədə taxta tullantıları yanıb.

APA xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Yüksək temperaturdan ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və 2 p.m elektrik kabeli əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR