Qaxın yaşayış məntəqələrinə ilk qar yağıb

Qaxın yaşayış məntəqələrinə ilk qar yağıb
# 17 oktyabr 2016 16:28 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qax rayonun yaşayış məntəqələrinə ilk qar yağıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Oktyabrın 16-sı axşam saatlarından başlayaraq bölgəyə aramsız yağış yağır, havanın hərarəti düzənlik ərazilərdə müsbət 7 dərəcəyə, dağlıq və yüksək dağlıq ərazilərdə isə sıfır dərəcədən aşağı düşüb.

Bu gün saat 17 radələrindən Qax rayonun İlisu və Sarıbaş kəndlərinə isə ilk qar yağmağa başlayıb.

Yerli sakinlərin APA-ya verdiyi məlumata görə, hazırda qar yağması davam edir. İlisuda qarın qalınlığı 1-2 sm, Sarıbaşda isə 3-5 sm təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR