Oğuz sakinləri Şəkidə yol qəzasına düşüb, xəsarət alan var

Oğuz sakinləri Şəkidə yol qəzasına düşüb, xəsarət alan var
# 18 oktyabr 2023 23:21 (UTC +04:00)

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Orta Zəyzid kəndində baş verib.

Oğuz rayon sakini, 1973-cü il təvəllüdlü Asif Akif oğlu Həsənov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə yol kənarındakı çuxura düşüb.

Qəza zamanı sərnişin, Oğuz rayon sakini - 66 yaşlı Hüseyn Məhəmməd oğlu Hacıyev aldığı müxtəlif xəsarətlə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR