Oğuzda üç gün əvvəl yıxılan kişi xəstəxanada ölüb

Oğuzda üç gün əvvəl yıxılan kişi xəstəxanada ölüb
# 20 iyun 2023 23:32 (UTC +04:00)

Oğuzda yeyib-içdikdən sonra yıxılan 67 yaşlı kişi üç gün sonra xəstəxanada ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, 1956-cı il təvəllüdlü Oğuz şəhər sakini Fazil Vahid oğlu Qafarov iyunun 17-i Oğuzdakı kafelərdən birində yeyib-içdikdən sonra yıxılaraq kəllə-beyin travması alıb.

F. Qafarova Oğuz Rayon Mərkəzi Xəstəxanasında (RMX) ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Şəki RMX-a göndərilib.

İyun ayının 17-i tarixindən Şəki RMX-nın reanimasiya şöbəsində müalicə alan F. Qafarov bu gün axşam saatlarında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR