"İpək Yolu Sığorta"nın öhdəlikləri kəskin artıb

"İpək Yolu Sığorta"nın öhdəlikləri kəskin artıb
# 25 oktyabr 2016 13:02 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “İpək Yolu Sığorta” ASC 2016-cı il oktyabrın 1-nə aktivlərini artırıb.

"APA-Economics" şirkətin saytında yer alan hesabata əsasən xəbər verir ki, "İpək Yolu Sığorta"nın məcmu aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,1% artaraq 43 mln. 810,962 min manat olub.


Hesabat dövründə şirkətin uzunmüddətli aktivləri 285,208 mln. manat, qısamüddətli aktivləri 43 mln. 525,754 min manat təşkil edib.

Hesabat dövründə şirkətin öhdəlikləri 43% artaraq 18 mln. 975,824 min manat olub.

Ötən ilin sonuna şirkətin nizamnamə kapitalı dəyişməyərək 14 mln. 770 min manat, məcmu kapitalı isə 43,5% artaraq 24 mln. 835,137 min manat təşkil edib.

Yanvar-sentyabr aylarında "İpək Yolu Sığorta"nın cəmi gəlirləri 20 mln. 402 min 315,51 manat, cəmi xərcləri 18 mln. 371 min 408,37 manat olub.

Şirkət cari ilin 9 ayını 2 mln. 30 min 907,14 manat mənfəətlə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR