Qaxda 32 yaşlı kişini avtomobil vurub

Qaxda 32 yaşlı kişini avtomobil vurub
# 31 dekabr 2023 22:27 (UTC +04:00)

Qaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Tasmalı kəndində baş verib.

1991-ci il təvəllüdlü İsa Cahangir oğlu Məmmədov minik avtomobili tərəfindən vurulub.

Hadisə zamanı müxtəlif dərəcəli xəsarətlər alan İ.Məmmədov Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR