Qazax sakininin atasını bıçaqlamasının səbəbi məlum olub - YENİLƏNİB-1

Qazax sakininin atasını bıçaqlamasının səbəbi məlum olub - YENİLƏNİB-1
# 10 sentyabr 2021 10:08 (UTC +04:00)

Qazaxda oğulun atasını bıçaqlamasını səbəbi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, sərxoş vəziyyətdə evə gələn Amil Qurbanov həyat yoldaşını döyüb.

Mübahisəyə qoşulan oğlu anasını qorumaq istəyərkən atası ona da hücum edib. Nəticədə 22 yaşlı Xaqan atasını bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

***

09.48

Qazax sakinini bıçaqlayan şəxs məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, sentyabrın 9-u axsam saatlarında rayon sakini Amil Qurbanovu övladı, 1999-cu il təvəllüdlü Xaqan Qurbanov bıçaqlayıb.

O, Qazax Rayon Pölis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

X.Qurbanov ilkin dindirilmə zamanı hadisəni törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

***

9 sentyabr, saat 22:30

Qazaxda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.

Təxminən 7-8 bıçaq zərbəsi alan 50 yaşlı rayon sakini Amil Qurbanov xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Onun hansı şəraitə bıçaqlanması məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR