Qəbələdə baş verən yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb - FOTO

Qəbələdə baş verən yol qəzasında 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb - FOTO
# 11 iyun 2019 11:04 (UTC +04:00)

Qəbələ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə Qəbələ-Oğuz avtomobil yolunun Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-2107" və "Toyota" markalı minik avtomobillərinin toqquşması nəticəsində Mirzəbəyli kənd sakini, 22 yaşlı Muradov Şahmurad Qorxmaz oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Nic qəsəbə sakinləri - 1999-cu il təvəllüdlü Boyacari Dmitri Borisaur, 1973-cü il təvəllüdlü Boyacari Boris Baqroviç, 1961-ci il təvəllüdlü Zeynalov İzafəddin Nəcməddin oğlu ağır bədən xəsarətləri aldığı üçün Qəbələ Regional Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR