Qəbələdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Qəbələdə iki avtomobil toqquşub, xəsarət alanlar var
# 22 dekabr 2023 18:43 (UTC +04:00)

Qəbələdə iki avtomobil toqquşub.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə Qəbələ şəhərində qeydə alınıb.

“Mercedes” və “Toyota” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində avtomobillərin sürücüləri - Qəbələ rayonu Bum qəsəbə sakini, 1987-ci il təvəllüdlü Maksudov Rüstəm Cəlal oğlu və 1976-cı il təvəllüdlü Osmanov Vüqar Seymur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR