Qəbələdə mikroavtobus minik avtomobili ilə toqquşub, xarici ölkə vətəndaşı xəsarət alıb

Qəbələdə mikroavtobus minik avtomobili ilə toqquşub, xarici ölkə vətəndaşı xəsarət alıb
# 25 fevral 2024 15:31 (UTC +04:00)

Qəbələ şəhərində “Mercedes Vito” markalı mikroavtobus minik avtomobili ilə toqquşub, xarici ölkə vətəndaşı xəsarət alıb.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə günorta saatlarında baş verib.

Qəza nəticəsində Səudiyyə Ərəbistanı vətəndaşı 1983-cü il təvəllüdlü Farah Alrefaei Hmsye xəsarət alıb.

Xəsarət alan şəxs Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin yolların buz bağlaması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR